Statistika Komitəsi Baş nazir və Kənd Təsərrüfatı nazirini ifşa etdi
Bu ilin oktyabr ayında Azərbaycana idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 0,5% artıb. Dövlət Statistika Komitəsinin açıqladığı idxal olunan məhsulların qiymət indekslərinə əsasən MDB ölkələrindən idxal edilən məhsullar 2,2% ucuzlaşıb, digər ölkələrdən idxal edilən məhsullar isə 1,3% bahalaşıb. Rəsmi statistikaya əsasən, 2016-cı ilin oktyabr ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 4,5%, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri 1,6%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 5,0% artıb. Bu statistika hökumətin iqtisadi siyasətinin ifşası kimi qiymətləndirilə bilər. Nazirlər Kabineti ixracı artırmaq və daxili istehsalatı gücləndirmək, kənd təsərrüfatı naziri yerli məhsulların bolluğunu təmin etmək üçün heç bir addım atmır.
Prezidentin verdiyi fərmanlar və tapşırıqlar icra olunsa da, ləng gedir və idxal məhsulları yerli bazarda hegemonluq edir. Rusiya və Gürcüstanda da iqtisadi böhranlar dərin dönəmini yaşayıb. Amma daxil istehsalat hesabına idxaldan asılılıq azaldılıb. Azərbaycanda isə idxal məhsulları bütün bazarları ələ alıb.
Bu məsələdə əsas məsuliyyət baş nazirlə KTN rəhbərinin üzərinə düşür. Komitə hər iki naziri əslində, ifşa edib. Azərbaycanın iqtisadi həyatında 2017-ci il üçüncü və bəlkə də tam devalvasiyanın başlanğıcı ili olacaq. Əgər tam devalvasiyaya gedilərsə ölkədə ağır bir dövr başlana bilər. Ölkədə sosial gərginlik artır. Hər sahə üzrə yaşanan böhran bahalaşma ilə müşayiət olunur. Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır. Ekspertlər hesab edir ki, böhran daha da dərinləşəcək.

Politika.Az
11:47
Digər xəbərlər