Müasir dövrdə xeyriyyəçilik fəaliyyəti çox zaman ictimaiyyətə nümayiş etdirilən, bəzən isə reklam xarakteri daşıyan bir sahəyə çevrilmişdir. Lakin elə insanlar da var ki, gördükləri böyük işlərə baxmayaraq kölgədə qalmağı, səssiz şəkildə yaxşılıq etməyi üstün tuturlar. Belə nəcib insanlardan biri də Tahir Soltan oğlu Hacıyev – el arasında hörmətlə tanınan Hacı Tahirdir.
1955-ci il yanvarın 27-də Göyçay rayonu nun "İncə" kəndində dünyaya göz açan Tahir Hacıyev həyat yolunu zəhmət, əzm və dürüstlük üzərində qurmuşdur. Taleyini uzun illər əvvəl Moskva şəhəri ilə bağlayan Hacı Tahir artıq yarım əsrə yaxın bir müddətdə orada yaşayıb fəaliyyət göstərir. O, biznes sahəsində qazandığı uğurlarla yanaşı, insanlara olan münasibəti və xeyirxahlığı ilə də seçilən bir şəxsiyyətə çevrilmişdir.
Onu digərlərindən fərqləndirən əsas cəhət isə təvazökarlığı və reklamdan uzaq həyat tərzidir. Hacı Tahir gördüyü xeyriyyə işlərini ictimailəşdirməyi sevmir, etdiyi yaxşılıqları nümayiş etdirməkdən çəkinir. Halbuki onun fəaliyyəti, xüsusilə doğma yurdu üçün gördüyü işlər kifayət qədər geniş və çoxşaxəlidir.
Uzun illər vətəndən uzaqda yaşamasına baxmayaraq, Hacı Tahir heç zaman doğulduğu torpağı unutmamışdır. O, doğma Göyçay rayonuna və xüsusilə İncə kəndinə daim diqqət və qayğı göstərmiş, kəndin abadlaşdırılması, sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlərə imza atmışdır. Bununla yanaşı, onun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda tələbə qızlar üçün yataqxananın inşa etdirilməsi xüsusi qeyd olunmalıdır. Bu addım təhsilə verilən dəyərin, gələcək nəslə göstərilən qayğının bariz nümunəsidir.
Hacı Tahirin xeyriyyəçilik fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. O, yaşadığı Moskva və onun ətrafında keçirilən müxtəlif sosial tədbirlərdə fəal iştirak edir, cəmiyyət həyatına öz töhfəsini verir. Eyni zamanda, millətindən və dinindən asılı olmayaraq Moskvada yaşayan aztəminatlı ailələrə yardım göstərməsi onun humanist və geniş dünyagörüşlü bir insan olduğunu bir daha təsdiq edir. Bu xüsusiyyətlər onu sadəcə uğurlu iş adamı deyil, həm də böyük ürəyə sahib bir xeyriyyəçi kimi səciyyələndirir.
Bununla yanaşı, Hacı Tahir Azərbaycan diasporasının fəaliyyətinə də mühüm dəstək verən şəxslərdən biridir. O, xaricdə yaşayan həmvətənlərimizin birliyinin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən işlərə öz töhfəsini verir və diaspor fəaliyyətinin güclənməsində dayaq rolunu oynayır.
Hacı Tahirin xeyriyyəçilik fəlsəfəsi istər-istəməz XX əsrin əvvəllərində yaşamış böyük Azərbaycan xeyriyyəçilərini xatırladır. Bu mənada onun fəaliyyəti Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi böyük xeyriyyəçilərin ənənələrini xatırladır. Onlar kimi Hacı Tahir də qazandığını xalqı ilə bölüşməyi, cəmiyyətə fayda verməyi özünə borc bilir. Bu cür insanlar cəmiyyət üçün sadəcə imkanlı şəxslər deyil, həm də mənəvi dayaqlardır. Onların fəaliyyəti sübut edir ki, var-dövlətin əsl dəyəri onu necə istifadə etməkdədir. Hacı Tahir Hacıyev bu baxımdan həm müasir dövrün imkanlı insanları, həm də gənc nəsil üçün örnək ola biləcək bir şəxsiyyətdir.Biz belə insanlarla fəxr etməliyik. Çünki onlar milli dəyərlərimizi yaşadır, xeyirxahlıq ənənələrini davam etdirir və gələcək nəsillərə doğru yol göstərirlər.
Hacı Tahir Hacıyevə möhkəm can sağlığı, uzun ömür, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Onun kimi insanların varlığı cəmiyyətimiz üçün böyük nemətdir və hər zaman dərin ehtiramla qarşılanmalıdır.
Müəllif: Qəvami Sadıqbəyli
Azərbaycan.
Telefon : + 994 51 890 23 66 ;
E-poçt : hamzayevqavami@gmail.com
21 aprel 2026-cı il
SƏSSİZ XEYİRXAHLIĞIN ÜNVANI : TAHİR HACIYEV.....

Xudaferin.eu
15:46
Digər xəbərlər