—İndi şəhərə gələnləri şəhərlilərdən ayırmaq olmur.
– Hə, indi olmur. Gürcüstanda da belədir. Orada yaşayan azərbaycanlılar gürcü dilini bilirlər. Gürcülər buna önəm verirlər. Bizdə isə Bakıda yaşayan bəzi azərbaycanlılar Azərbaycan dilini lazımınca bilmirlər. Digər millətləri demirəm hələ. Bu, bir az da özümüzdən asılıdır. Bir rus otursun beş azərbaycanlının arasında, hamı başlayır rusca danışmağa. Niyə? Danış ana dilində, o da öyrənsin. Deyirik tolerantıq, yazıqdır, başa düşməz. Amma məsələ bunda deyil. Məsələ rus dilinə qarşı olmaq deyil. Elə özüm də rus dilini sevirəm, yaxşı da danışıram. Sadəcə anlamıram ki, dövlət dili Azərbaycan dili olduğu halda niyə rus sektoru dövlət tərəfindən ayrıca dəstəklənməlidir? Rus dili də, ingilis dili də xarici dillərdir, istəyən onları özəl şəkildə öyrənə bilər.
Vaxtilə valideynlər uşaqlarını rus sektoruna ona görə verirdilər ki, orada təhsil daha güclü idi. Güclü müəllimlər var idi, ruslar, yəhudilər, yaşlı və təcrübəli pedaqoqlar dərs deyirdilər. Azərbaycan sektorunda isə həm müəllim, həm də tədris materialları baxımından müəyyən çatışmazlıqlar var idi. Bir çox elmi məlumatlar və kitablar da əsasən rus dilində idi. Buna görə rus sektoru daha üstün görünürdü.
Amma indi vəziyyət əvvəlki kimi deyil. Həm orada, həm burada dərs deyənlər əsasən bizim müəllimlərimizdir, azərbaycanlı gənclərdir. O dövr keçib ki, məktəbdə Aron İzrayleviç kimi yaşlı və çox güclü riyaziyyatçılar dərs desin. Səviyyələr artıq bir-birinə yaxınlaşıb. Bəzən görürsən beş-altı azərbaycanlı uşaq bir yerdədir, amma öz aralarında yalnız rusca danışırlar. Adam düşünür ki, axı siz azərbaycanlısınız. Sabah bu ölkədə yaşayacaq, işləyəcəksiniz. Dövlət işində, ictimai həyatda hansı dildə fəaliyyət göstərəcəksiniz? Valideynlər bəzən bunun gələcəyini düşünmürlər. Məncə, uşaqlar ilk növbədə öz ana dillərini mükəmməl bilməli, sonra isə istədikləri xarici dilləri öyrənməlidirlər.
Sərxan Sərxanın ana dili haqqında mülahizələri

Xudaferin.eu
18:51
Digər xəbərlər