Sərv ağacını kəsən şəxs 2200 manat məbləğində cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin əraziyə baxış keçirilib və tikinti işləri aparılan zaman bir sərv ağacının kəsildiyi məlum olub. Araşdırma zamanı torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti və qurumun Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova ayrıldığı müəyyənləşib.
Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinə əsasən, 2200 manat məbləğində cərimələnib.

AZƏRTAC
15:54
Digər xəbərlər