Sərhədləri müzakirəyə qoymaq beynəlxalq hüquqa ziddir

 

Fransa Xarici İşlər Nazirliyi mövzuyla bağlı yazılı şərh verib

Fransa Rusiyanın Krımı işğalının üçüncü ilində müraciət edərək beynəlxalq tanınan sərhədlər çərçivəsində Ukraynanın ərazi bütövlüyü və suverenliyinin tam olaraq yenidən təsis edilməsini istəyib. Fransa Xarici İşlər Nazirliyi mövzuyla bağlı yazılı şərh verib: "Sərhədləri müzakirəyə qoymaq beynəlxalq hüquqa ziddir, beynəlxalq təhlükəsizliyi birbaşa təhdid etməkdir, bütün ölkələrin suverenlik və ərazi bütövlüyünü qorumaqla bağlı nizamda ciddi fəsadlar yaradır. Buna görə beynəlxalq ictimaiyyət, Avropa İttifaqı və Fransa Krımın Rusiya tərəfindən işğalını tanımır."

Fransa Krım yarımadasının silahlandırılması və bölgədə, xüsusilə, Krım tatarlarının hüquqlarının pozulmasından narahatlıq duyduğunu bildirib, beynəlxalq hüquqa zidd olaraq nəzarətə alınan hər kəsin azad edilməsini, regional və beynəlxalq insan hüquqları və qeyri-hökumət təşkilatları nümayəndələrinin əraziyə getmələrinə imkan yaradılmasını istəyib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:59