“Sözümüzü deməyə qorxuruq ki, evimizdən tank çıxar”

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımın əlində ən yüksək səviyyəli qərar olduğu halda Maliyyə Nazirliyi tərəfindən haqqını əldə edə bilmir. Bunu Beynəlxalq Mətbuat mərkəzində keçirdiyi mətbuat konfransı zamanı Nisbət Fərhadova bildirib.

Nisbət Fərhadova ölkəyə tütün məmulatlarının gətirilməsi üçün aksiz marka almaq məqsədi ilə Maliyyə Nazirliyinə müraciət edir. Ona əngəllər yaradıldığına görə Prezident yanında Apellyasiya Şurasına üz tutur. Nisbət Fərhadovanın haqlı olduğunu bildirərək ona aksis markalarının verilməsi Maliyyə Nazirliyinin üzərinə qoyulsa da, bu günə kimi müxtəlif bəhanələrlə həmin aksiz markalarını ala bilməyib. Nisbət Fərhadovanın açıqlamasına görə Maliyyə Nazirliyindən onatütün məmulatlarının idxalının müəyyən adamların nəzarətində olduğunu deyiblər. Sahibkar xanım bildirib ki, belə olmasa idi, Belarus Respublikasından əlavə dəyər vergisi ilə ölkəmizə gətirilib çıxarılması 32-35 qəpiyə başa gələn “NZ” adlı siqaret 1,8-2 manata satılmazdı. İş adamı olan xanım bu sahəyə deputat Cavanşir Paşazadənin başçılıq etdiyini də medianın nəzərinə çatdırıb.

Sahibkarın vəkili Tahir Xanəliyev isə məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək bu işdə inhisarçılığın olmasının açıq-aşkar göründüyünü bildirib.

Azadlıq.info

 

11:54