İran və İsrail 1979-cu il İslam İnqilabına qədər bir-biriylə sülh içində yaşayırdı.
1948-ci ildə qurulan İsrail dövlətini tanıyan birinci Misir, ikinci isə İran idi.
O dövrdə monarxiya ilə idarə olunan ölkənin başında Pəhləvi sülaləsi var idi və İran Yaxın Şərqdə ABŞ-ın ən böyük müttəfiqlərindən biri sayılırdı.
Bu səbəbdən İsrail dövlətini quran ilk hökumət rəhbəri David Ben-Qurion ərəb qonşularının yeni yəhudi dövlətini təcrid etməməsi üçün İranla dostluğa can atırdı.
Ancaq 1979-cu ildə Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi ilə baş verən İslam İnqilabı nəticəsində şah taxtdan endirildi.
Hakimiyətə gələn "İran İslam Respublikası" öz siyasətini ABŞ və İsrailə qarşı yönəlti.
1979-cu idən sonra Yaxın Şərqdə hegomonluq uğrunda İstaillə İran arasında başlanan mübahisə və münaqişə
indiyə kimi davam edir.
13 iyun 2025-ci il gecə İsrail qırıcı təyyarələrlə İrana hücum etdi.
İran da İsrailə raketlərdən zərbələr endirdi.
Hazlrda REGİONDA gərginlik davam edir.
Son məlumatlara görə ABŞ və Böyük Britaniya hərbi dəniz qüvvələrini Fars körfəzinə gətirib. Donanmaya Britaniyanın , Fransanın və Avstraliyanın
"Aegis" və "Tomahawks" tipli hava hücumundan müdafiə gəmiləri daxildir.
Görünən odur ki, İran yenidən vurulacak !Dünyanın iri hərb maşınları qarşısında İranın tab gətirməsi çətin olacaq.
İranda yaşayan
40 milyon Azərbaycan Türkünün taleyi necə olacak...?
İsrail-İran münaqişəsi getdikcə genişlənir.
Hər iki tərəfdə mülki obyektlərə, dinc əhaliyə ciddi zərər vurulması halları müşahidə olunur.
İsrailin keçirdiyi əməliyyatlar zaman-zaman İranın şimal-qərb bölgələrini, əsasən azərbaycanlıların yaşadığı əraziləridəki hərbi hədəfləri də əhatə etməsi ; biz-azərbaycanlıları narahat edir.
Lakin mövcud vəziyyət Azərbaycan dövlətinin diqqətindən yayınmır.
Rəsmi Bakı müxtəlif diplomatik kanallar vasitəsilə İsrail rəhbərliyinə azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinin hərbi hədəfə çevrilməməsi, mülki infrastruktura və dinc əhaliyə zərər verilməməsi ilə bağlı mesajlar ötürüb.
Azərbaycan dövləti istər daxildə, istərsə də sərhədlərindən kənarda yaşayan soydaşlarının təhlükəsizliyini və rifahını hər zaman prioritet hesab edib. Prezident İlham Əliyevin Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında səsləndirdiyi :
“Biz sərhədlərimiz xaricindəki soydaşlarımızın taleyinə biganə qala bilmərik” fikri bu gün bir daha aktuallaşır.
Rəsmi Bakı bu məsələyə ciddi yanaşır.
Bu yanaşma bir daha sübut edir ki, sərhədlərimizin hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının hüquqları və təhlükəsizliyi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
HƏP sədrinin siyasi məsələlər üzrə müşaviri,
Qəvami Sadıqbəyli
Xudaferin.eu
SOYDAŞLARIMIZIN TƏHLÜKƏSİZLİYİ RƏSMİ BAKININ DİQQƏTİNDƏDİR .....

13:12