Soydaşlarımız Türk Dünyasına xidmətlərinə görə medallarla təltif olunublar

 

Ankarada Türk Dövlətlərinin müstəqilliyinin 25-ci ildönümü ilə bağlı təltif edilən bir qrup şəxsə medallar təqdim edilib. Medallara layiq görülənlər arasında Azərbaycanın tanınmış mədəniyyət xadimləri də var.

Bu münasibətlə Uluslararası Türk Kültür Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında təqdimetmə mərasimi keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseyinov çıxışında bildirib ki, medallara layiq görülən şəxslər fəaliyyət göstərdikləri sahələrdə Türk Dünyasının birliyinə mühüm töhfələr veriblər. Əvvəlcə bir qrup şəxsə türkdilli ölkələrin müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə TÜRKSOY-un təsis etdiyi yubiley medalları təqdim olunub. Sonra Azərbaycanın əməkdar incəsənət xadimi Cahangir Novruzov və TRT xorunun bədii rəhbəri və dirijoru, əməkdar artist Elnarə Kərimova Qazaxıstanın  “Fəxri mədəniyyət xadimi” medalı ilə təltif olunublar. Medalları Qazaxıstanın Ankaradakı səfiri Abzal Sararbekuli təqdim edib. Daha sonra Qırğızıstanın Ankaradakı səfiri İbrahim Junusov Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlını Qırğızıstanın  “Fəxri mədəniyyət xadimi” medalı ilə mükafatlandırıb.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:33