Bu ilin məşhur “Aprel döyüşləri” zamanı ordumuzun qəhrəmanlığından danışanları da gördüm həmin sırada. “Lazım gəlsə Qarabağı da alarıq” deyənlər də orada idilər. Hər gün mətbuatda, efirlərdə erməniləri və onların havadarlarını söyənlər də ora tələsirdilər. Üstəlik, cəmi bir neçə ay öncə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin cəsədləri hələ soyumamış, qanları qurumamış baş verirdi bunlar. Anaların sinəsi dağlı, həyat yoldaşlarının gözləri yaşlı, balalarının gözləri qapıdan çəkilməmiş baş verirdi bu hadisə. Bakının və ya Azərbaycanın ucqar bir küncündə bəlkə də diqqət və qayğıdan kənarda qalmış yaralı, sağlamlığını itirmiş bir döyüşçü cəbhədə aldığı yaranın ağrısını çəkdiyi vaxtda paytaxtda bir çoxları “Respublika Sarayı”na tələsirdilər. Yox, bu hansısa dövlət əhəmiyyətli tədbir deyildi, bu izdiham heç milli-vətənpərvərlik ruhunda təşkil edilmiş konsertə görə də yaranmamışdı. Həmin gün hamının bir məqsədi var idi: Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək rəsmi Bakının icazəsi olmadan Xankəndinə səfər edib qondarma DQR-in müstəqilliyinin ildönümü münasibətilə sərgilənən konsert proqramında iştirak edən Soso Pavliaşvilinin konserti idi. Bu həmin Pavliaşvili idi ki, “Qarabağ ermənilərindir, onun Azərbaycanla heç bir əlaqəsi yoxdur” deyirdi. Bəli, bu həmin Sosonun konserti idi. Sarayın ön oturacaqlarında bu ilin aprel ayında torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlara - Lələ-Təpə yüksəkliyini fəth edən əsgərlərimizə şeirlər və mahnılar vəsf edən “şair”lər, “bəstəkar”lar, “vətənpərvər”lər və ziyasız “ziyalılar” əyləşmişdilər. Onlarla yanaşı burada müğənninin Azərbaycana gəlişinə qadağa qoymuş XİN və sinələrində Rusiya dövlətinin orden və medallarını gəzdirən digər nazirlər, hökümət nümayəndələri,deputatlar oturmuşdular. Onlar Soso Pavliaşvilinin hər mahnısından sonra onlar ayağa qalxıb onu alqışlayırdılar. Burada nə şəhid ailələri yada düşürdü, nə də döyüşlərdə sağlamlıqlarını itirmiş əsgərlər. Səs-küy, musiqi, alqışlar və s. və ilaxır. Həmin gün sarayda olanlardan yəqin ki, heç kim o iniltini eşitmirdi. Qarabağ uğrunda canından və sağlamlığından keçmiş insanların iniltisini. Bu isə dünyanın ən ağrılı musiqisidir. Nə zalda əyləşən musiqiçilər o mahnını bəstələyə, nə də Soso onu oxuya bilər…
SOSO və SOS

Əbil Həsən
15:54
Digər xəbərlər