Somalinin yeni prezidenti anqarda seçilib

Somalidə yeni prezident seçilib. Sabiq baş nazir Məhəmməd Abdullah Məhəmməd ölkə prezidenti olub. O, rəqibi Hassae Şeyx Məhəmmədə ikinci turda qalib gəlib. 

Xudaferin.eu BBC-yə istinadən xəbər verir ki, səsvermədə yalnız parlament üzvləri iştirak ediblər. Onlar Moqadişo aeroportunun ərazisində yerləşən anqarda səs veriblər. Belə ki, Somalidə bütün qalan yerlər həddindən artıq təhlükəlidir. 

Somalinin yeni prezidenti ikili vətəndaşlığa sahibdir. Onun Amerika pasportu da var. 
Səsvermə zamanı aeroport üzərində uçuş qadağan edilib, kompleksin özü isə müdafiəsi gücləndirilib. Ölkə rəhbərliyi “Aş-Şabab” islamçı qruplaşmanın hücumundan ehtiyat edirdi. 

“Aş-Şabab” qruplaşması Somali hökuməti ilə müharibə aparır, onlar şəriət qanunlarına uyğun dövlət yaratmaq istəyirlər, qruplaşma ABŞ və Böyük Britaniya tərəfindən terror qruplaşması elan edilib. 

Xudaferin.eu

16:50