Somalidə terror aktı: 11 nəfər həlak olub

Somalidə bomba yüklü avtomobilin partladılması nəticəsində 11 nəfər həlak olub.

Xudaferin.eu xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ağır yaralanıb. Hələlik məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, paytaxt Moqadişuda martın 27-də törədilən bənzər terror aktı nəticəsində 3 nəfər həyatını itirmişdi. “Əş-Şəbab” qruplaşmasının ötən həftə paytaxtda iki nazirliyin də yerləşdiyi bir binaya hücumu nəticəsində isə 10-dan çox insan öldürülmüşdü.

Xudaferin.eu

17:42