Somali yenə qan gölünə döndü - Terror aktı

Somalidə bu səhər terror aktı baş verib.

Xudaferin.eu xəbər verir ki, polis görkəmində təhsil mərkəzinə girən terrorçu özünü partladıb. Hadisə nəticəsində 15 nəfər ölüb.

"Reuters” xəbər agentliyi 17 polisin yaralandığını bildirib.

"Əş-Şəbab" terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürüb.

Xatırladaq ki, Somali 2004-cü ildən "Əş-Şəbab"ın zülmü altındadır. Terrorçular son olaraq oktyabr ayında paytaxt Moqadişoda yerləşən Safari otelini bombalamışdı.

Məlumatlara görə, son bir il ərzində baş verən terror aktları nəticəsində 1000-dən çox somalili öldürülüb.

Xudaferin.eu

18:13