Somali tarixində ən qanlı terror aktının qurbanları: 512 ölü, 312 yaralı və 62 itkin

 

Somalinin paytaxtı Moqadişoda oktyabrın 14-də törədilmiş terror aktını təhqiq edən komissiya yekun məlumat açıqlayıb.

Komissiyanın məlumatına əsasən, hadisə nəticəsində həlak olanların sayı 512 nəfərə, yaralıların sayı 312 nəfərə çatıb, 62 insan isə itkin düşüb. Hökumət partlayışın arxasında “Əş-Şəbab” qruplaşmasının dayandığını ehtimal edir. Xatırladaq ki, oktyabrın 14-də Moqadişo şəhərinin ən izdihamlı küçələrinin birində bomba dolu yük avtomobili partladılıb. Bu, ölkə qeydə alınan ən böyük və ən qanlı terror aktı kimi tarixə düşüb.

Xudaferin.eu

"Orta Doğu Bürosu"

 

17:31