ŞOK: 2 min İŞİD üzvü PKK-ya keçdi

Kürd terrorçular Quzey İraqda hərbi baza qurur

Türkiyəyə qarşı terror aktı həyata keçirən İŞİD və PKK-nın əməkdaşlığı bir daha təsdiqlənib. Bundan əvvəl Suriyada işğal elədiyi əraziləri PKK-ya ötürən İŞİD bu dəfə yaraqlıların transferinə başlayıb. Səncar dağında yeni baza quran PKK-ya sərhəd kəndlərindən təqribən 2 min nəfərə qədər İŞİD üzvü qatılıb. Türkiyənin “Yeni Şafak” qəzetinin yazdığına görə, İŞİD-in Türkiyəyə qarşı terrorlar həyata keçirən digər təşkilatlarla əlaqəsi bir daha ortaya çıxıb. Aralarında heç bir bağın olmadığı bəyan edilən İŞİD ilə PKK/PYD arasındakı əlaqə regional tarazlığın dəyişməsi ilə aşkara çıxır. Mənbələrin verdikləri bilgilərə görə, Mosulun qərbindəki Səncar dağı bölgəsində hərbi əməliyyatlar keçirmək üçün hərbi bazalar quran PKK, İraqın sərhəd kəndlərindən olan, təqribən 2 min nəfərə yaxın İŞİD tərəfdarını öz sıralarına qatıb. Ninova Tayfaları Məclisinin sözçüsü Muzahim əl Huveyt, PKK-nın İŞİD üzvləri və tərəfdarlarını öz sıralarına qatmaq istiqamətindəki səylərini gücləndirdiklərini bildirdi. Əl Huveyt PKK-nın indiyə qədər, əksəriyyəti regiondakı İŞİD ünsürü olan 1836 nəfər silahlı şəxsi səflərinə qatdığını bildirib. Əl Huveyt deyib: “Mənə görə, PKK-ya qatılan bu şəxslər onlarla terror aktını həyata keçirdikdən sonra regiondan qaçıblar və PKK-ya qatıldılar”.
Ninova rayon məclisindəki kürd blokunun rəhbəri Seydi Çəto Heso isə, PKK-nın Səncar dağında hansısa bir beynəlxalq əməliyyata hazırlaşdığına diqqət çəkərək deyib: “PKK daha artıq yaraqlı yerləşdirmək üçün Səncar dağında qışlaqlar və hərbi baza qurub”. Heso deyib: “PKK bu prosesdə həm beynəlxalq, həm də regional balansı gözləməklə Bağdad və şiə qüvvələrindən aldığı dəstəklə regionda qalıcı olmağa çalışır”. Region xalqını narahat edən bu prosesdən başda yezidilər olmaq üzrə hamının narazı olduğunu bildirən Heso PKK-nın Şimali kürd iqtidarını belə hədəfə ala biləcəyini söyləyib və deyib: “Bundan başqa, PKK-nın Səncar dağındakı yeni qışlaq və hərbi bazaları üzündən hazırda Səncar dağında yaşayan və İŞİD üzündən hələ də evlərinə dönə bilməyən köçkünlərin həyatı təhlükə altındadır”.
İraq və Suriya sərhədində İŞİD-dən PKK-ya keçidlərdən Bağdad iqtidarının da xəbərdar olduğu bildirilir. Bağdad PKK-ya maliyyə dəstəyi verməyə başlayıb. İraq parlamentindəki KYB kimi İrana yaxın qruplar PKK-nın rəsmən tanınmasını istəyir. ABŞ-ın Ərbil konsulluğu da Səncara gediş-gəlişini artırıb. Əl Huveytin verdiyi açıqlamaya görə   Türkiyənin daxilində hücumların artdığı şəraitdə Səncara hava hücumları edə biləcəyini söyləyib. Əl Huveyt PKK-nın regiondakı varlığının yezidiləri, kürd iqtidarını, kürd tayfalarını, ərəbləri və türkmənləri narahat etdiyini bildirib. Əl Huveyt ABŞ-ın rəhbərlik elədiyi koalisiya qüvvələrinə PKK-nın bölgədəki varlığı məsələsini həll eləməsi üçün çağırış edərək, bu vəziyyətin Səncarda və ümumilikdə regionda böyük problemlər doğuracağını bildirib. PKK Türkiyənin kürd vətəndaşlarının “hüquqlarını müdafiə edən” təşkilat yox, Türkiyə və Yaxın Şərq dövlətlərini parçalamaq məqsədilə yaradılan beynəlxalq bir layihədir və İŞİD layihəsinin müəllifləri tərəfindən yaradılıb. Əks halda, dağda-daşda, mağaralarda yaşayan bu yaraqlılar bu qədər cəbbəxanaya, hərbi bazalar quracaq qədər maddi gücə sahib olmazdılar. Səddam Hüseyn devrildikdən sonra İraq iqtidarının hansı qüvvələrə xidmət etdiyi də bəlli olduğundan, PKK üzvlərinə maaş və dəstək verməsi təəccüb doğurmur.

Hurriyyet.org

18:34