Sobçak qeydiyyata alınmaqdan ötrü imzaları toplayıb
Rusiyalı jurnalist, TV ulduzu Kseniya Sobçak martda keçiriləcək prezident seçkisində namizəd kimi qeydiyyata alınmaqdan ötrü gərəkən 100 min imzanı toplayıb.
Sobçakın kampaniyası yanvarın 22-də bildirib ki, ölkə boyunca çalışan könüllülər lazımi imzaları toplayıblar. Kampaniyadan onu da bildiriblər ki, Mərkəzi Seçki Komissiyasına təqdim etməyə azı 120 min imza toplanacaq.
Komissiya daha sonra imzaların həqiqiliyini yoxlamalıdır.
Rusiya prezidenti Vladimir Putin də 18 mart seçkisinə gedir və təhlilçilər onun qalib gələcəyinə şübhənin az olduğunu düşünürlər.
Müxalifətçi Aleksei Navalny barəsində şərti cəzanın mövcudluğu əsas gətirilərək seçkiyə buraxılmayıb.
Digər namizədlər sırasında millətçi Vladimir Zhirinovsky, liberal Grigory Yavlinsky, Kommunist partiyasından Pavel Grudinin var. Tənqidçilərin fikrincə, digər namizədlərin rolu seçkiyə demokratik fon verməkdir.

musavat.com
15:10
Digər xəbərlər