Sənətsevərlər xalq artisti Rauf Abdullayevin yaradıcılıq gecəsinə toplaşacaq

 

Noyabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış dirijor, “Şərəf” və “İstiqlal” ordenli, xalq artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçiriləcək.

Bu təntənıli gecədə sənətkarın həyat və yaradıcılığından, milli musiqimizin inkişafındakı xidmətlərindən danışılacaq. Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbir konsert proqramı ilə davam edəcək. Konsertin solisti tanınmış rusiyalı skripkaçı Maksim Venqerov olacaq. Onu maestronun bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Xudaferin.eu

"Bakı Bürosu"

 

09:51