Səngəçalda ikinci partlayış - “Ziyan yeni qiymətlərlə “silinəcək””

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində bu gün yenidən partlayış olub. İqtisadçı-ekspert Qubad İbadoğlu qeyd olunan hadisəni xatırladaraq bu barədə şərh verib: “Ötən ilki "itki" köhnə qiymətlərlə, bu ilki "itki" isə böyük ehtimalla yeni qiymətlərlə silinəcək. Bir neçə saatdan sonra söndürülən yanğından dəyən zərər yalnız maddi deyil, həm də ekoloji baxımdan qiymətləndirilməlidir. Hesab edirəm ki, təkrar partlayışın səbəbləri, eyni zamanda hər iki qəzadan dəyən ziyanın həm dəyər və həm də həcm göstəriciləri barədə Fövqəladə Hallar və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq qurumları açıqlama verməlidirlər. Çünki, uçotu və hesabatı onsuz da dəqiq olmayan təbii qaz hasilatının bir hissəsi də son 1 həftədə baş verən qəzaların hesabına "itki" kimi silinə bilər”.

Alçina Amilqızı
Cebhe.info

14:35