Sənayenin bəzi sahələrində istehsal 60 faiz azalıb

 

Dövlət Statistika Komitəsi ilin 10 ayı ərzində sənaye istehsalı haqqında məlumat yayıb.

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32,0 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul b istehsalı 3,4 faiz artmış, neft sektorunda isə 5,9 faiz azalmışdır.

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,6 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 0,9 faiz, içkilərin istehsalı 24,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 68,4 faiz, geyim istehsalı 36,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,7 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 89,1 faiz, tikinti materiallarının istehsalı 28,8 faiz, kompüter və elektron məhsulların istehsalı 30,5 faiz, elektrik avadanlıqlarının istehsalı 59,9 faiz, maşın və avadanlıqların istehsalı 23,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,1 faiz, mebel istehsalı 14,1 faiz artmış, tütün məmulatlarının istehsalı 6,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,9 faiz, kağız və karton istehsalı 1,3 faiz, poliqrafiya məhsullarının istehsalı 28,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,1 faiz, hazır metal məmulatlarının istehsalı 16,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 45,8 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9 faiz azalmışdır.
 

Azadliq.info

 

10:59