Səmərqənddə azərbaycanlı heykəltəraşın xatirə lövhəsinin açılışı olacaq

Azərbaycanlı heykəltəraş Eynulla Əliyevin Özbəkistanın Səmərqənd şəhərində yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulacaq. Xatirə lövhəsi Özbəkistandakı Azərbaycan səfirliyinin yanında fəaliyyət göstərən “Azərbaycan Kültür Mərkəzi”nin və Azərbaycan diaspor təşkilatı olan “Milli Mədəniyyət Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib. 

Qeyd edək ki, Eynulla Əliyev 1969-1986-cı illərdə Özbəkistanın Səmərqənd Vilayət Rəssamlıq Akademiyasının sədri vəzifəsində çalışıb. O, Özbəkistanda Həmzə Hakimzadə Niyazi adıdna Dövlət mükafatı laureatı olub. Eynulla Əliyev tanınmış özbək şairi Əlişir Nəvainin 550 illik yubileyi münasibəti ilə Daşkənddə ucaldılmış heykəlinin müəllifidir, habelə Özbəkistanın Katta Kurqan şəhəri, Səmərqənd vilayətinin Akdarı və Payarı rayonlarındakı Nəvai heykəllərinin müəllifidir. Onun əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyində, Moskvadakı Tretyakov Qalereyasında saxlanılır. Bununla onu da xatırlamaq gərəkdir ki, Eynulla Əliyev çağdaş özbək dekorativ tətbiqi sənəti və eyni zamanda heykəltaraşlıq sahəsində bir sıra uğurların müəllifi kimi də tanınır.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

11:39