Səməd Seyidov: QHT-lərin fəaliyyətini asanlaşdırmaq məqsədilə kommunikasiyanın elektronlaşdırılması onlara böyük dəstəkdir
İmkandan istifadə edib Assambleya üzvlərinin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Prezidenti Qeyri-hökumət Təşkilatlarının (QHT) fəaliyyətinin asanlaşdırılması ilə bağlı fərman imzalayıb. Fərman QHT-lərin fəaliyyəti və inkişafı üçün böyük əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları və hökumət arasında əlaqələrin asanlaşdırılması məqsədilə onlar arasındakı kommunikasiya elektronlaşdırılıb. Bu həqiqətən də QHT-lər üçün böyük dəstəkdir.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında “Avropa Şurasına üzv ölkələrdə QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlər” adlı məruzə ilə bağlı debatlardakı çıxışında deyib.
Nümayəndə heyətimizin rəhbəri bildirib ki, ondan əvvəlki natiqin QHT-lərin demokratiyanın bir hissəsi olması ilə bağlı fikrini bölüşür. Ancaq demokratiyanı məsuliyyətsiz təsəvvür etmək olmaz. Bu qeyri-mümkündür.
“Hər birimizin məsuliyyət hissi var, seçicilərimiz qarşısında üzərimizə düşən vəzifə ilə bağlı məsuliyyət daşıyırıq. Məsuliyyətlilik hissi etimad yaradır. Bu çox vacibdir. Təəssüf ki, bəzən bəzi QHT-lərin məsuliyyətsiz olduğunu görürük. Buna görə ilk növbədə düşünməliyik ki, bunu necə həll edə bilərik və nə etməliyik. QHT-lərin fəaliyyəti daha şəffaf olmalıdır”, - deyə S.Seyidov bildirib.
Diqqətə çatdırıb ki, təqdim olunan məruzədə qeyd edildiyi kimi QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı problemlər təkcə sadalanan 4 ölkədə deyil. Bu ölkələrlə kifayətlənmək ədalətli olmaz. Bir çox ölkələrdə, hətta Avropa Şurasının üzvü olmayan ölkələrdə də QHT-lərlə bağlı müxtəlif problemlər mövcuddur.
“Əgər bu məruzədə sadalanan 4 ölkə ilə razılaşıb qalsaq, bu, o deməkdir ki, məruzə tamamlanmayıb. Buna görə də əgər həqiqətən QHT-lərə əsil dəstəkdən, demokratiyadan, nə etməli olduğumuzdan danışırıqsa, yardım etmək istəyiriksə onda yeni mühit yaratmalıyıq. Məsuliyyətli QHT-lər yaratmaq lazımdır ki, Avropada və digər ölkələrdə insanlarda onların fəaliyyətinə etimad yaransın”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Xudaferin.eu
10:51
Digər xəbərlər