Əslən Şuşalı olan Azərbaycanlı həkim tibbin Kardiologiya sahəsində möcüzələr yaradır.

Dünya şöhrətli Azərbaycanlı Kardioloq həkim Jasmin Rüstəmova nüfuzlu Amerika təşkilatının üzvü oldu

Tibb elmləri doktoru, kardioloq və Azərbaycan Tibb Universitetinin dosenti, əslən Şuşalı olan Yasmin Rüstəmova Amerika Kardiologiya Kollecinin üzvü seçildi.

Xudaferin.eu məlumatına görə, bu Amerika Kardiologiya Kolleci tərəfindən verilən ən yüksək fəxri addır.

Bu ad kardiologiyanın inkişafına mühüm töhfələr verən və yüksək peşəkarlıq, elmi fəaliyyət və liderlik nümayiş etdirən həkimlərə və tədqiqatçılara verilir.

Sözün həqiqi mənasında bu, Azərbaycanda tibbin uğurlu inkişafının göstəricisidir.

Qeyd etmək lazımdır ki, Yasmin Rüstəmova ürək çatışmazlığı və qabaqcıl ürək görüntüləmə texnikaları üzrə ixtisaslaşıb.

O, Sürix Universitetində və Londondakı Kral Brompton Xəstəxanasında ürək çatışmazlığı üzrə təqaüd proqramlarını tamamlayıb, Milandakı Monzino Kardiologiya Mərkəzində və Pizadakı Klinik Fiziologiya İnstitutunda qabaqcıl ürək görüntüləməsi üzrə təqaüd proqramı tamamlayıb.

Biz Xudafərin (www.xudaferin.eu) jurnalı olaraq Jasmin Xanıma uğurlar diləyirik.

Xudaferin.eu

20:50