Səlim Müslümov: “Yardımı artırsaq, insanlar işləməkdən yorularlar”

 

“Ünvanlı sosial yardımın məbləğini artırmaq olar”.

 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir: “Azərbaycanda bu sahənin inkişafı üçün tədbirlər görülür. Ötən əsrin 70-ci illərində böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Mixail Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır”.

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb:“Onları əməyə cəlb etmək lazımdır. Lazım olsa onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar. Vətənaşlara kifayət qədər vəsait də vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla da insanlar işləməkdən yorularlar”.
Qeyd edək ki, əhalinin işsiz qalmasının səbəbini onların özlərində axxtarmaq tamamilə yalnış bir ideyadır. Bunun üçün ən böyük məsuliyyəti elə hökumətin özü daşıyır. Çünki, ötən 23 illi hakimiyyəti dönəmində mövcud iqtidar əhalinin məşğulluq siyasəti deyəndə sadəcə öz marqaları çərçivəsində aparılan iqtisadi və social siyasət olub. Hökumətin bu qədər yarıtmaz siyasətini isə sadə insanlar qəbul etmək fikrində deyillər. Digər yandan isə, nazir və keçmiş mühasib Səlim Müslümovun özünün social siyasət sahəsində hər hansı bir proqramı olmayıb. Onun rəhbəri olduğu nazirliyin müxtəlif strukturlarında son illərdə çalışan bir sıra yüksək rütbəli məmurlar korrupsiya əməllərinə və dövlət büdcəsini talamağa görə həbs olunublar. Nazir bu qədər dövlətin qayğısını çəkəndirsə, nədən həmin məmurları yüksək vəzifələrə irəli çəkirdi? Hər dəfə sadə insanların social haqları məsələsi gündəmə gələndə Səlim Müslümov kimiləri əhaliyə ironic tərzdə cavab vermək siyasəyini ortaya atıblar.  

 

Report.az

 

06:11