Polis etirazçılara zor tətbiq edib, həbs olunanlar var
Günün sonunda 2 nəfər etirazçı 600 manat, bir nəfər 500 manat inzibati qaydada cərimələnib, bir nəfərə isə 20 sutka müddətinə həbs cəzası verilib. Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.
Yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir. “Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır. Əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsi tələb edilir. Polis dəyənəklə toplaşanlara qarşı zor tətbiq edib. Sakinləri ərazidən uzaqlaşdırmağa nail ola bilib. 3 nəfər həbs olunaraq Polis Şöbəsinə aparılıb. P.S. Polisin bu qədər siyasiləşməsi və əhalinin hər addımda haqlı iradları və lətəblərinə qarşı çıxması, hakimiyyətin nə qədər anormal bir siyasət yürütdüyünü isbat edir. Vətəndaşların hüquqları pozulur və bu qanunsuzluğun qarşısını almaq əvəzinə onlara qarşı zor tətbiq edərək, bütün qanunlara tüpürən şərlatanlara dolayı yolla dəstək verilir.
Şəkidə əhali ayağa qalxdı
Polis etirazçılara zor tətbiq edib, həbs olunanlar var
Günün sonunda 2 nəfər etirazçı 600 manat, bir nəfər 500 manat inzibati qaydada cərimələnib, bir nəfərə isə 20 sutka müddətinə həbs cəzası verilib. Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.
Yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir. “Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır. Əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsi tələb edilir. Polis dəyənəklə toplaşanlara qarşı zor tətbiq edib. Sakinləri ərazidən uzaqlaşdırmağa nail ola bilib. 3 nəfər həbs olunaraq Polis Şöbəsinə aparılıb.
P.S. Polisin bu qədər siyasiləşməsi və əhalinin hər addımda haqlı iradları və lətəblərinə qarşı çıxması, hakimiyyətin nə qədər anormal bir siyasət yürütdüyünü isbat edir. Vətəndaşların hüquqları pozulur və bu qanunsuzluğun qarşısını almaq əvəzinə onlara qarşı zor tətbiq edərək, bütün qanunlara tüpürən şərlatanlara dolayı yolla dəstək verilir.
Azadliq.info
10:20
Digər xəbərlər