Şəki UNESCO-nun Dünya Mədəni İrs siyahısında

Parisdə UNESCO-nun baş qərargahında silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında “Azərbaycanın Şəki şəhərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi” məsələsinə baxılıb.  Komitə üzvləri tərəfindən Azərbaycanın quruma üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib. Toplantıda “Şəkinin UNESCO-nun Ümumdünya İrs Siyahısı”na daxil edilməsi Azərbaycan tərəfindən təqdim olunan sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanıb və tələb olunan kriteriyaları özündə ehtiva edir.

Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin. Qeyd edək ki, hazırda “İçərişəhər” Memarlıq Kompleksi və “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.

Xudaferin.eu

19:36