Şinzo Abe Avropa İttifaqı ilə azad ticarət barədə razılaşmanın imzalanmasını sürətləndirməyə çağırıb

 

Yaponiyanın Baş naziri Şinzo Abe ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında azad ticarət barədə razılaşmanın imzalanmasını sürətləndirməyə çağırıb.

 

Bunu Ş.Abe Almaniyada telekommunikasiya texnologiyaları yarmarkasının açılış mərasimində bəyan edib. O, mərasimdə Almaniya kansleri Angela Merkellə birlikdə iştirak edib. Baş nazir azad və ədalətli ticarətin əhəmiyyətini vurğulayaraq hazırda mövcud olan və yalnız kiçik bir qrup insanın varlanmasına xidmət edən vəziyyəti tənqid edib. Vurğulayıb ki, mövcud vəziyyət yalnız möhtəkirlərin xeyrinədir.

Ş.Abe Yaponiya, Almaniya və Avropa İttifaqıni azadlıq, insan haqları və demokratiya kimi ümumi dəyərlər əsasında əməkdaşlığı genişləndirməyə çağırıb.

Yaponiyanın Aİ ilə iqtisadi əməkdaşlıq barədə razılaşma imzalamaq istəyini alqışlayan A.Merkel Alamaniyanın bu razılaşmanın əldə edilməsi üçün bütün gücünü sərf etməyə hazır olduğunu bildirib.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

11:22