Sinqapur Tramp-In görüşünün şərəfinə sikkələr buraxacaq

Sinqapurun Mint dövlət şirkəti ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşünün şərəfinə üç növ xatirə sikkəsinin buraxılacağını açıqlayıb. 

Xudaferin.eu xəbər verir ki, sikkələr qızıl, gümüş və bürüncdən hazırlanacaq. Sikkənin bir tərəfində Amerika və Şimali Koreya bayraqlarının fonunda iki ölkə liderlərinin əl sıxmaları əks olunacaq. 

ABŞ bayrağı sağ, KXDR bayrağı sol tərəfdə, sikkənin yuxarı hissəsində görüşün keçiriləcəyi tarix (12.06.2018) əks olunacaq. 

Sikkənin əks tərəfində isə sülh rəmzi olan göyərçinlər, ABŞ və KXDR-i simvollaşdıran roza və manqoliya gülləri əks olunacaq. 

Sikkələri şirkətin mağazaları və saytından əldə etmək mümkün olacaq. 

Qızıl sikkənin qiyməti 300 Sinqapur dolları (1000 ABŞ dolları), gümüş sikkənin 118 Sinqapur dolları (88 ABŞ dolları), gümüş sikkənin isə 36 Sinqapur dolları (26 ABŞ dolları) olacaq. 

Xudaferin.eu

12:12