Şimali və Cənubi Koreya liderləri razılığa gəldilər

Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İn Koreya yarımadasında nüvə silahından tam imtinaya dair birgə bəyannamə imzalayıblar.

Xudaferin.eu-nun “Reuters”ə istinadən məlumatına görə, bəyannamədə silahlanmanın azaldılması, “düşmən hərəkətləri”nin dayandırılması, sərhədin “sülh zonasına” çevrilməsi və digər ölkələrlə, o cümlədən ABŞ-la danışıqların aparılması kimi məsələlər öz əksini tapıb.

Xatırladaq ki, bundan əvvəl KXDR və Cənubi Koreya liderləri Phanmuncom sərhəd məntəqəsində görüşüblər.

Kim Çen In son 65 ildə Cənubi Koreyaya səfər edən ilk KXDR lideri oldu.

Xudaferin.eu

15:33