Şimali Koreya probleminə dair sammit keçiriləcək

ABŞ və Kanada növbəti ay 16 dövlətin iştirakı ilə zirvə toplantısı keçirəcəklər.

Xudaferin.eu-nun məlumatına görə, Kanadada keçiriləcək sammitin məqsədi Şimali Koreyanın nüvə proqramına qarşı həmrəyliyin nümayiş etdirilməsidir.ABŞ dövlət katibi Reks Tillerson və Kanadanın xarici işlər naziri Kristia Friland Ottavada keçirdikləri danışıqların nəticələrinə dair açıqlamasında belə deyiblər.

Sammit gələn il yanvar ayının 16-na planlaşdırılıb. İclasda Avstraliya, Böyük Britaniya, Kanada, Türkiyə, Yeni Zellandiya, Filippin, Tayland, Fransa, Efiopiya, Yunanıstan, Kolumbia, Belçika, Cənubi Afrika, Niderland, Lüksemburq və Amerika Birləşmiş Ştatları. Həmin ölkələrin sırasına Yaponiya, Cənubi Koreya və Hindistan iştirak edəcək.

Xudaferin.eu

14:13