Şimali Koreya dünyanın ən güclü nüvə ölkəsi olacaq - Kim Çen In

Koreya Xalq Demokratik Respublikası nüvə fəaliyyəti ilə bağlı qarşısına qoyduğu məqsədə çatıb.

Xudaferin.eu-nun məlumatına görə, belə açıqlamayla çıxış edən ölkə lideri Kim Çen In nailiyyəti tarixi zəfər adlandırıb. O, Pxenyanda Müdafiə Sənayesi işçilərinin qarşısında çıxışı zamanı qeyd edib ki, Şimali Koreya artıq atom bombaları, hidrogen qurğuları və Xvason-15 tipli qitələrarası raketlər kimi strateji silahlara sahibdir.

“Bununla kifayətlənmək olmaz” deyən Kim Çen In, Şimali Koreyanın dünyanın ən qüdrətli nüvə və hərbi gücünə sahib olacağını bəyan edib.

Xudaferin.eu

18:09