Sığorta şirkətlərinin fəaliyyəti müştəriləri qane etmir.Sığorta şirkətləri haqqında şikayətlərin günü-gündən artması bu sahədə ciddi problemlərin olduğunu göstərir. Müştərilərə qarşı davranışdan tutmuş, dəymiş zərərin vaxtında və tam ödənilməsinə qədər ciddi problem hələ də qalmaqdadır.
Sığorta bazarında yaşananlarla bağlı danışan sığorta mütəxəssisi Xəyal Məmmədxanlı açıqlamasında deyib ki, sığorta şirkətlərində problemlər bir neçə səbəbdən qaynaqlanır:
“Burada iki məsələ var. Bir tərəf sığorta şirkətlərindən asılı olan məsələdir ki, müştəriləri bilərəkdən incidir, ödəniş məbləğini azaltmağa, ödənişdən imtina etməyə çalışırlar. Sığorta şirkətlərindən asılı olmayan məqamlarlar da var. Məsələn, yol nəqliyyat hadisəsi baş veribsə, onu təsdiq edən sənədin (Forma-4) gecikdirilməsidir. Hansı ki, bunu Dövlət Yol Polisi verməlidir.Qanun deyir ki, bu sənədi sığorta şirkətinin müraciəti əsasında aidiyyatı qurum 10 gün ərzində verməlidir.Amma bəzi hallarda sığorta şirkətinin məktubu aylarla cavabsız qalır.Çox vaxt sığorta şirkətləri vətəndaşa deyir ki, get, gör hansı yolla tezləşdirib sənədi ala bilirsən.Belə olan halda vətəndaş gedib Yol Patrul Xidməti ilə dil tapır, sənədi götürür və ondan sonra ödəniş həyata keçirilir.Qanunda göstərilir ki, sığorta hadisəsi haqqında bütün sənədlər və dəymiş zərər tam hesablandıqdan sonra sığorta şirkəti maksimum 1 həftə ərzində ödəniş etməlidir.Ödəniş etməyəcəksə, bunu da əsaslandırıb yazılı şəkildə imtina verməlidir. Sığorta şirkəti bunu gecikdirdiyi halda hər gün üçün önəniş etməli olduğu məbləğin 0.1 faizi qədər cərimə olunur. Ona görə də sığorta şirkətləri bu ödənişləri gecikdirməsələr də, müəyyən səbəblərdən bu cür hallar baş verir”.
Ekspert hesab edir ki, sığorta şirkətlərinin peşəkarlığı ilə bağlı da müəyyən problem var:
“Amma ümumilikdə insanların şikayətlərinin çoxalması bir tərəfdən yaxşıdır, digər tərəfdən pisdir. Pis odur ki, bu bütün hallarda şikayətdir.Yaxşı tərəfi isə odur ki, insanlar artıq öz hüquqlarını başa düşürlər və tələb edirlər. Amma statistika onu göstərir ki, 1 il ərzində sığorta bazarında təxminən 500 milyon manata qədər sığorta haqqı toplanır. Bunun müqabilində isə vətəndaşlara 250 milyon sığorta ödənişləri həyata keçirilir. Təxminən yığılan vəsaitin 50 faizi kompensasiya olaraq vətəndaşlara geri qaytarılır. Amma buna baxmayaraq vətəndaşlar arasında sığorta şirkətlərinə etibarla bağlı ciddi şübhələr var. Bu da ona gətirir ki, sığorta şirkətləri insanları razı sala bilmir.Eyni zamanda da dövlət qurumları ilə yaşanan problemlərlə bağlı müəyyən dəyişikliklərə ehtiyac var ki, bu maneələr aradan qalxsın.Bütün hallarda sığorta bazarında müəyyən irəliləyişlər var”.
Xəyal Məmmədxanlının sözlərinə görə, bu gün sığorta şirkətlərinin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Şikayət varsa, deməli, problem də var: “Azərbaycanda yaxşı, pozitiv bir xəbər gec yayılır. Amma neqativ bir hadisə sürətlə yayılır və çox insanı əhatə edir.Təbii ki, sığorta şirkətlərinin işini ideal hesab etmək olmaz.Amma bazarda müştəriləri narazı salmayan, problemləri daha tez aradan qaldırmağa çalışan şirkətlər var. Biz bir araşdırma aparmışdıq. Təxminən 2 minə yaxın respondentin 86 faizi sığorta şirkətlərinə inanmadığını, etibar etmədiyini dedi. Bu çox ciddi rəqəmdir.Bu onu göstərir ki, sığorta şirkətlərinin insanlarla işləməsində çox ciddi problemlər var. Yəni, insanlara pul verilir, ancaq insanlar narazıdır. Bunun bir sıra səbəbi var. Ya pul insanlara lazımı qaydada verilmir, ya da gecikdirmələrlə verilir, insanlar get-gələ salınır. Bütün hallarda problemlər var və sığorta şirkətlərinin işini qənaətbəxş hesab etmək olmaz.Digər tərəfdən Azərbaycan sığorta bazarının 25 yaşı var, amma biz yenə də köhnə qaydada işləyirik, yeniliklər yoxdur.Dünyada artıq sığorta müqavilələrində kağızdan istifadə olunmur.Bazarda yeni məhsullar yoxdur.Məsələn, “Kasko” sığorta ilə bağlı heç bir yenilik edilmir. Bu gün Azərbaycanda 1 milyon 300 min avtomobil var, amma bunun heç 30 mini kasko sığortalı deyil. Ona görə də yeniliklərə getmək lazımdır ki, insanlara maraqlı gəlsin.Bazara insanların tələbinə, ehtiyacına uyğun məhsullar çıxarmaq lazımdır”.
Sığorta bazarında hərc-mərclik davam edir

Vilayət Muxtar
Cebhe.info
09:47
Digər xəbərlər