Şəhid heykəltəraşın əsərlərindən ibarət albom nəşr olunub
“Xalq Bank”ın “Xalq əmanəti” mədəniyyət layihəsinin növbəti təqdimatı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş, heykəltəraş Samir Kaçayevin həyat və yaradıcılığına həsr edilib. Bankdan bildirilib ki, layihənin sayca 14-cü nəşri - “Heykəltəraşlıq” bədii albomu gənc sənətkarın qısa, lakin olduqca dolğun ömür və yaradıcılıq yolunu ehtiva edir. Albomda qeyd edilir ki, Samir Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində sadə bir ailədə anadan olub. Kiçik yaşlarından sənətə böyük marağı olan Samir rəsm çəkməyi, heykəl düzəltməyi çox sevib. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2015-ci ildə akademiyanı müvəffəqiyyətlə bitirərək heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olub hərbi xidmətə yollanıb. Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatı nəticəsində alovlanan döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub. Samir Kaçayev göstərdiyi rəşadətə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Samir Kaçayev yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub. O, yaratdığı əsərləri, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma gənc sənətkarın 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Burada Samir Kaçayevin həyat və yaradıcılığının bütün mərhələləri əks olunub.
Qeyd edək ki, Samir Kaçayevin əsərlərinin sərgisi bu gündən başlayaraq “Xalq Bank”ın əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L), fevral ayından isə heykəltəraşın doğulduğu Şamaxı rayonunda “Xalq Bank”ın “Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Giriş sərbəstdir. “Xalq əmanəti” layihəsi 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Xudaferin.eu
14:58
Digər xəbərlər