Şəhid bulağına qoyulan sayğac götürüldü

 

Mingəçevir şəhərində 6 şəhidin adını daşıyan bulağa qoyulan su sayğacları sökülüb.
 

Bu barədə şəhidin həyat yoldaşı Arzu Mustafayeva məlumat verib: "Kanal bizim bulağı gəlib çəkəndən sonra 24 saat ərzində gəlib sayğacı sökdülər. Təşəkkürümü bildirirəm".

Şamaxı Novruzova - Sakin: "Çox sağolun. Allah köməyinizdə dursun. Siz ki, şəhidlərin arxasında durmusuz Allahda sizin arxanızda dursun".

Mustafa Kərimov - Mingəçevir şəhər su kanal idarəsinin rəisi: "Ancaq suyun sotunun aparılması məqsədilə digər mexaniki sayğac quraşdırılıb və ödənişini "Azərsu" ASC öz üzərinə götürüb".

Qeyd edək ki, sayğacların pulunu ödəməkdən azad olan sakinlər israfa yol verməmək üçün bulaqlara özlərinin nəzarət edəcəklərini deyirlər. Bununla yanaşı, “Azərsu” Dövlət Şirkətinin belə bir addım atmağa məcbur olmasının sirri, ölkə KİV-lərində jurnalistlərin və eləcə də sosial şəbəkələrdə əhalinin qəzəbli münasibətlərinin çox böyük önəmi oldu. Beləliklə də “Azərsu” Dövlət Şirkəti əhalinin ictimai qınağı qarşısında biabır olduğu üçün geri addım atmalı olub. Bu faktın özü bir daha sübut edir ki, əhalinin öz hüquqları üçün istəniıən addımları atmasının effektiv təsiri ola bilər.
 

BakuPost

 

09:33