Şəhid Atasi 2-ci oğlum olsaydi, onuda yenədə cəbhəyə qöndərərdim.

Men Ehmedov Namiq,sehidimiz Ehmedov Natiqin atasiyam.Menim oğlum 09.03.97 ilde anadan olub Baki seherinde.86 nömreli mektebi oxuyub bitirib.Men özumde ele 86 nömreli mektebi bitirmişem.Ehmedlide yerleşir o mekteb.Natiq uşaqligindan hemişe calişqan mehriban cesur bir uşaq olub.Düzdur 2003 cü ilde anasi vəfat edib,2003 cü ilden sonra anasiz üc baciyla böyüyüblər başa catiblar.Oğlum Natiq kompiyuter texnologiya uzre mektebi bitirmişdir.2004 cü ilin yayinda hərbi qulluğa cağirilmişdir.Naxcivanda herbi qulluğu kecib başa vurub.Ondan sonra esgerlikden sonra, bərbərlik sənətini secmişdi,demişdiki bərbər olacayam.Yaxşi stilist olacağam yəni bu sənəti secmişdi.Bu sənət üzrədə calişirdi.Evimizin qabağinda burada salonu var idi.Bu saatda durur o salon bir bərbər kimi fəaliyyət gosterirdi.Sonra bacim oğlu bu muharibə başlamaği ile əlaqədar, Moskvada oxuyurdu,Moskvadan qayidib gəldi.O getdi könüllü yazildi.Oğlumda ona qoşuldu bir yerdə getdilər könüllü yazildilar.Dediler bu müharibədə biz cavanlar evdə otura bilmərik.Torpağimiz, Vətənimiz imanimiz dardadir.Biz vətənimizi torpağimizi azad etməliyik.Bizim igidlərin borcudur ki,hemise vetenin keşiyində dura.Ailəmizi vətənimizi imanimizi qoruyaq.Onun ücündə könüllü yazilaraq,ayin 29 da özu könüllü yazildi.Nizami rayon hərbi komisarliğindan,qece saat 01:00 da bacim oglu Ateşi,oğlum Natiqi ikisini birlikdə cəbhəyə yola saldim.Ayin 12 ci Füzulide hələ bir necə gün döyüşdülər.Ara sira telefon əlaqəsi olurdu məlumat verirdi.Salamatciliqdi Ata irəlileyirik torpaqlarimizi insallah,ermeni tapdağindan azad edeceyik.Onlarin cəzasini verəcəyik.Bizdə hər zaman sevinirdik.Deyirdik ki,siz igidsiz siz o ermənilerin cəzasini verməlisiz ki,onlar ömrü boyu birdə bizim torpağa cönüb yan baxmasinlar.Axirinci dəfə ayin 11 günü səhər səhər zəng etdi.Dedi ki,ata bəs Hadruta hücuma gecirik.Nigaran qalma ata.Birden əlaqə olmasa narahat olma.Dedi ata haqqini halal elə.Onunla da söhbətt bitti.Hadrut uğrunda hücuma kecərkən top mərmisi qəlpəsinden yaralanib urəyinden səhid oldu.Anasida 13.10.2003 dünyasini dəyişmişdi.Oda elə həmin gündə torpağa tapsirildi.Ele bil hər bir şey qabaqcadan yazilmişdir.Hər bir şey üst üstə düsdu.Ele bil onun qisməti belə imiş.igid kimi yaşadi mərd kimi öldü.Vətəninin uğrunda imanimizin uğrunda haqqin uğrunda ədalətin uğrundaki biz bu gunleri evimizdə, eşiyimizdə, ailemizdə,məktəbimizdə, rahat calişa bilək yaşaya bilək.Onlar canlarini bizim ücün fəda elədilər.Səhidlərimiz sağdir.Onlar ucaldilar.Onlar allahin dərgahinda öz yerlərini tutdular.Allah bizlərədə səhidlik qismət etsin ki,bizim torpağimiz hec vaxt basilmasin.Hec vaxt bizim boynumuz hec kimin qarşisinda əyilməsin.Mənim bircə oğlum vardi,üc qizim vardi.Allah bütün övladlari qorusun.Butun əsgərlərimizi qorusun.Butun zabitlərimizi qorusun.Onlar sağ salamat müharibədə qalib gəlsin,evlərinə qayitsin.Amma ikinci bir oğlum da olsa idi,yenədə onu göndərərdim cəbhəyə ki,bu düşmənlərimizi bizim torpağimiza imanimiza göz dikənlərin canini almaq ücün. Onlarida göndərərdim ki,getsinlər eybi yox onlarda sehid olsun.Vətənimiz sağ olsun!Mən bütün şəhidlərimizlə həmcinin oğlum onlarin icində olmaqla,hamisi ile qürur duyuram.Fexr edirəm ki,bizim bu cür oğullarimiz var.Var olsun Dövlətimiz!Var olsun bizim Ali Baş Komandanimiz!Millət dövlətimizin arxasindadir.Biz bu mübarizədə mütləq qalib gələcəyik.
Avropada Azərbaycanin Dostlari Cəmiyətinin Sədri

Elman Mustafazadə
Avropa Xudafərin Jurnalinin Redaksiya Heyəti

Avropada Yaşayan Beynəlxalq Hüquqşünas
Asaf Askarov

Xudaferin.eu

17:33