Səfir: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

 

Dağlıq Qarabağ münaqişəsi də Donbassdakı münaqişə kimi dondurulmuş münaqişə deyil. Azərbaycanlılar da, ukraynalılar da öz torpaqları uğrunda həlak olmaqda davam edir.

Bunu mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksendr Mişşenko deyib. Onun sözlərinə görə, Ukrayna Azərbaycanın dostluğunu və dəstəyini yüksək qiymətləndirir: “Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu cür vəziyyətə düşməsən, Azərbaycanın vəziyyətini tam anlamaq mümkün olmur. Biz münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq”.

TREND IA

06:18