Səfir: ABŞ Azərbaycanla Ermənistan arasında vəziyyətin normallaşması prosesindəki təşəbbüsləri dəstəkləyir

Biz hazırda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında vəziyyətin normallaşması proseslərində uğurlu olduğunu müşahidə edirik. ABŞ Avropa İttifaqının bu təşəbbüslərini dəstəkləyir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri iyunun 9-da jurnalistlərlə keçirilən dəyirmi masada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.
“Liderlər, xarici işlər nazirləri və işçi qrupları səviyyəsində sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması prosesləri barədə danışıqlar aparılır. Bütün bunlar regionun davamlı iqtisadi inkişafı üçün vacib məsələlərdir”, - deyə səfir bildirib.

Xudaferin.eu

22:49