Sevinc paylaşdıqca çoxalar

 

Sevinc paylaşdıqca çoxalar-deyiblər.Bayram günlərində valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqları yada salmaq, onları sevindirməkdən gözəl nə ola bilər?

 

Hər bayramda olduğu kimi bu Novruz bayramı ərəfəsində Gəncə şəhər Gənclər Birliyinin fəal gəncləri Gəncə Uşaq Evinin sakinlərinin qonağı olub,onlar üçün Novruz şənliyi təşkil ediblər.Uşaq Evinin direktoru Nazilə İsmayılova uşaqlara göstərilən diqqət qayğıya görə şəhər rəhbərliyinə təşəkkürünü bildirib. O, bu kimi tədbirlərin uşaqların yadında uzun müddət qaldığını və onların cəmiyyətə adaptasiyasına müsbət təsir etdiyini qeyd edib. Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə uşaqlara bayram sevinci arzulayaraq, bildirib ki, uşaq evlərində yaşayan, valideyn himayəsindən məhrum olan uşaqlar dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə edilir, onların təhsil alması,cəmiyyətə inteqrasiyası ilə bağlı uğurlu layihələr həyata keçirilir.Uşaq Evinin sakinləri hazırladıqları bədii proqramı qonaqlara təqdim ediblər. Körpə fidanların ifasında səslənən şeirlər, milli geyimdə daha da gözəl görünən qızların rəqsləri tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Gənclər xüsusi fəalliq göstərərək uşaqlarla birlikdə şənlənib, rəqs edib, onlara unudulmayacaq xatirələrlə dolu bir gün yaşadıblar.Şənlik bayram süfrəsi arxasında davam etdirilib.
 

Hicran Məmmədova

Gəncə

 

10:43