Sevinc Fətəliyeva: Üçtərəfli format münasibətlərimiz üçün gözəl zəmin yaradır
Üçtərəfli format münasibətlərimiz üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra uzun müddət işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü bərpa edib. Ermənistan işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi, maddi-mədəni irsini dağıdıb, şəhərlərimizi və kəndlərimizi məhv edib. Xarici qonaqlar bu ərazilərə səfər edərkən erməni vandalizminin canlı şahidi olurlar.
Qarabağın incisi olan Şuşa şəhərinin mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edən S.Fətəliyeva deyib: “Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası məhz bu tarixi məkanda keçirildi. Üçtərəfli görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və digərləri iştirak ediblər.
Şuşa şəhərində bu formatda iclasın keçirilməsi böyük önəm kəsb edir. Bu o deməkdir ki, artıq bütün dünya 44 günlük Vətən müharibəsinin reallıqlarını qəbul edir. Tarixi şəhərimiz olan Şuşa şəhəri beynəlxalq tədbirlər məkanı kimi özünü təsdiqləyib. Burada yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu nəzərə alsaq, belə tədbirlərin keçirilməsi xüsusilə əlamətdardır. Şuşada keçirilən tədbirlərdə iştirak edən xarici qonaqlar erməni vandalizmini öz gözləri ilə görürlər”.
Deputat bildirib ki, ermənilər 28 illik işğal dövründə Şuşanı nə qədər özününküləsdirməyə çalışsalar da, buna nail olmadılar. Şəhər öz milli və tarixi keçmişini, qürurunu qoruyub saxladı. Şuşa Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz sayəsində azadlığa qovuşdu.
“Hazırda Şuşanın bərpası istiqamətində böyük miqyasda işlər görülür. Burada beynəlxalq tədbirlərin keçirilməsi də göstərir ki, bütün dünya Qarabağın, Şuşanın Azərbaycan xalqına məxsus olduğunu aydın şəkildə dərk edir. Prezidentimizin dediyi kimi, biz bu torpaqlara əbədi qayıtmışıq”, - deyə Sevinc Fətəliyeva qeyd edib.
Deputat Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilən VII üçtərəfli iclasında səmərəli müzakirələr aparıldığını bildirib.

Xudaferin.eu
16:26
Digər xəbərlər