Seulda Azərbaycana həsr olunmuş sərgi keçirilib

Seulda Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycan həqiqətləri: keçmişdən günümüzə” adlı sərgi keçirilib.

Bu barədə Xudaferin.eu Report-a istinadən xəbər verir.

Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurov, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, eləcə də Cənubi Koreya parlamentinin bir sıra deputatları iştirak edib.

Sərgi Cənubi Koreya Milli Assambleyasında keçirilib.

Xudaferin.eu

14:29