Serj Sarkisyan ilə Nikol Paşinyan arasında bir neçə dəqiqə davam edən görüş nəticəsiz qalıb

Ermənistanın baş naziri Serj Sarkisyan ilə onun təyinatına qarşı çıxan etiraz aksiyasının lideri, parlamentin deputatı Nikol Paşinyan arasında keçirilən görüş bir neçə dəqiqə davam edib.

Xudaferin.eu RİA Novosti-yə istinadla xəbər verir ki, görüşdə baş nazir bu cür aksiyaların qanuni hakimiyyətin şantajı olduğunu bildirib və hüquq müstəvisinə qayıtmağı tövsiyə edib. Əks halda bütün məsuliyyətin Nikol Paşinyanın üzərinə düşəcəyini bildirib.

Nikol Paşinyan isə danışıqlarda Serj Sarkisyanın istefaya getməsinin və hakimiyyətin dinc yolla təhvil verilməsinin müzakirə ediləcəyini deyib.

Baş nazir müxalifətçi deputatla qısa dialoqdan sonra görüşü tərk edib.

Xudaferin.eu

16:09