“Şeir sevgilim”

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə gənc şair Məhəmməd Turanın “Şeir sevgilim” kitabının təqdimatı keçirilib. Təqdimatda  şair və yazıçılar iştirak ediblər. Çıxış edənlər gənclərin ədəbiyyata marağından, gənc nəslin nümayəndələrinin fəallığından  danışıb, Məhəmməd Turana uğurlar arzulayıblar. Məhəmməd Turan ona dəstək olan hər kəsə təşəkkürünü bildirib,  yaradıcılığından ədəbi nümunələr səsləndirib. Sonda iştirakçılara gənc şairin kitabı təqdim olunub. Qeyd edək ki,  “Şeir sevgilim” adlı şeirlər toplusunda gənc müəllifin bir il ərzində yazdığı əsərlər yer alıb. Həm klassik, həm müasir ənənələrlə yazılmış şeirlər, janr üslubu və mövzu baxımından rəngarəngdir. Bir ay ərzində hazırlanan kitabda qoşma, gəraylı, təcnis, heca vəznində yazılmış lirik və sərbəst şeirlər toplanıb.

Xudaferin.eu

11:49