Seçkilərdə uduzan prezident: “Mən postumdan getməyəcəm”

Qambiya prezidenti Yahya Aye Camme yanvarın 19-da mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib.  

 “Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz”, – deyə Aye Camme bildirib. O, daha sonra isə bildirib ki: “Mən öz postumdan getməyəcəm”.
Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Yerli MSK-nın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adəm Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb. Hazırkı prezident Yayhya Aye Camme isə 36,7 faiz səs toplayıb. Səsvermənin nəticələri elan edildikdən az sonra Yahya Aye Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib. O, həm də Afrikadakı digər diktator rejimlərinə uyğun apardığı siyasətdən heç nə ilə fərqlənmir. Belə ki, 2001-ci ildə azacıq üstünlüklə səs qazanan Yahya Aye Camme 2005 və 2011-ci illərdə də prezident seçilmişdir. Bu müddət ərzində ölkədə hər hansı reformların aparılmasına qarşı çıxaraq, öz mövqelərini daha da gücləndirmişdir.

Xudaferin.eu 
 

15:39