Seçim sonucuna etiraz edən aday Əhərdən Tərbizə ayaqyalın yeridi
Güney Azərbaycanın Tərbiz, Urmu, Zəngan və Əhvaz kimi iri şəhərlərində yerli şəhər şuuralarına seçkilər sonucu olaraq saxtakarlığa dair geniş şikayətlər ardından, Doğu Azərbaycanda bir şura adayı seçki nəticələrinə etiraz olaraq Əhərdən Tərbizə qədər 100 kilometrdən artıq ayaqyalın yeriyib.
Əli Əsədian adlı aday Əhərdə seçki nəticələrinə etirazı olan digər adayları da təmsil edir. Doğu Azərbaycanın Əhər şəhərində Şəhər Şurasına 7 əsas üzv və əlavə olaraq 2 alternativ üzv seçilib. Açıqlanan nəticələrə görə, Əhərdə keçirilən şura seçkilərində Əli Əsədian 2 min 141 səslə 20-ci olub. Seçkilərdə qalib gələn aday 5 min 102 səs toplayıb.
Əli Əsədian etirazlarını açıqlayaraq belə deyib: “Mən seçkilərdə tayfaçılığa qarşıyam. Buna görə də, başqa bir adayla bərabər bir koalisiya təşkil etdik. Biz poster və plakat çap etmək yerinə, onun pulunu şəhərin bəzi küçələrinə asfalt çəkmək üçün xərclədik.
Əhərdə şura seçkiləri elektronik səsvermə metodu ilə keçirilib. Ana Yasa Qanunlarını Qoruma Şurası) bu səsvermə sistemini təsdiq etmir. Buna baxmayaraq seçkilərin düzgün keçiriləcəyinə ümid edirdik. Amma səsvermə sisteminə dair məlumatı olmayan vətəndaşlar qarşısında bəzi mütəşəkkil aktlar həyəta keçirildi. Bu səhvdir, yanlışdır onu araşdırmaqda bir sıra çətinliklərimiz vardır”.
O, həmçinin seçkilərdə səs alverinin həyata keçirildiyini önə çəkib. Bunun əsas səbəbi isə hakimiyyətə müstəqil adaylara qarşı gizli şəkildə oyunlar oynayır. Yəni rəsmi siyahıda olmayan azad düşüncəli insanları müxtəlif yollarla seçkilərdə uğur qazanması üçün müvafiq imkanları əngəlləyirlər. Bu da vətəndaşın hüquqlarının pozulması deməkdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”
09:33
Digər xəbərlər