Sədrəddin Soltan: “Güney Azərbaycandakı yer adlarını tərcümə etməklə farslaşdırırlar”
Beləliklə də Quzey Azərabcanda olan bənzəri coğrafi adlar Güney Azərbaycanda xəritədən silinir.
Güney Azərbaycanda İran rejiminin anti-türk siyasəti bəzi yerli məsulların əli ilə həyata keçirilir.Bu dəfə Urmiya şəhərinin adının təhrif edilməsi əmri Qərbi Azərbaycan valisi Qurbanəli Səadət tərəfindən verilib. Vali fars şovinizminin qulluğunda duran Urmiya universitetinin rəisi Rəhim Hobb Nağı ilə məşvərətdən sonra “Urmiya” sözünün “Urumiya” kimi yazılması barədə göstəriş verib və bütün orqanlardan qərarın icra edilməsini tələb edib. Vali həmçinin tabeliyində olan rəsmi orqanlar və kütləvi informasiya vasitələrindən latınəlifbasından istifadə edərkən Azərbaycanın tarixi şəhərinin adını “Urmiya” deyil, “Urum” kimi yazılmasını tələb edib.
Qeyd edək ki, İran rejimi tərəfindən Azərbaycan vilayətlərində müxtəlif postlara təyin edilən məsulların əksəriyyəti fars şovinistidir və rejimin planlarının gerçəkləşdirilməsi istiqamətində hərəkət edir. Coğrafi adların təhrif edilməsinə gəlincə isə, bu, heç də yeni hadisə deyil. Pəhləvi rejimi zamanı bir çox şəhər və coğrafi adlar türkcədən fars dilinə dəyişdirilib. Misal olaraq Tufarqan, Sərəskənd, Xiyav, Muğan, Məlikkəndi, Qaraeyn və Qoşaçayın adı dəyişdirilərək sıralama ilə Azərşəhr, Həştrud, Meşkinşəhr, Parsabad, Məlikan, “Siyəh çeşmə” və Miyandoab kimi adlandırılıb.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, coğrafi adların dəyişdirilməsi prosesi yeni hadisə deyil: “İndiki teokratik hakimiyyət Rza Pəhləvi dövründən qalma türk adlarının dəyişdirilməsi siyasətini davam etdirir. Çünki həm indiki, həm də o dövrkü hakimiyyətin düşüncəsində türkün milli varlığının danılması əsas xətdir.İndiki İran mərkəzi də fars düşüncə sisteminə xidmət edirdi, o zamankı Rza Pəhləvi də, onun oğlu Məhəmməd Rza da. Onlar türk milli varlığını danmaqla bilirlər ki, türklər ayrıca etnos deyil, səlcuqlar və farslardan əmələ gəlmiş fars dilinin bir ləhcəsidir. Ona görə də bu millətə məxsus yer adlarını təhrif edir, yaxud da onu tərcümə edirlər.İranda bir çox yer adları var ki, türk dilindən fars dilinə tərcümə olunub. Bir sıra hallarda isə ümumiyyətlə, şəhər adları ləğv edilib.Gürcüstanda da buna oxşar hadisələr var.
Ermənistanda ermənilər türklərin yaşadığı ərazilərdə türk adlarını erməniləşdirməklə, yaxud onu tərcümə etməklə türklərin izini itirmək istəyirlər.Təhrif olunma isə Güney və Quzey Azərbaycan arasında qəbul edilmiş yer adlarına qarşı rejimin özünün müdaxilə etməsidir.Rejim ciddi-cəhdlə ortaq sözlərin və ifadələrin işlənməsini qısqanır.Məsələn, Urmiya Güney Azərbaycanda həm şəhər, həm də göl adıdır.Urmiya gölü və şəhəri Quzey Azərbaycandakı Elmlər Akademiyasının müvafiq institutu tərəfindən formalaşdırılmış və qəbul edilmiş adlardır.Tehranın göstərişi ilə işləyən qüvvələr isə bunu təhrif edərək fərqli şəkildə dilə gətirirlər.Doğrudur, yerli əhali Urmiyaya Urmu da deyir. Artıq Güneylə Quzey arasında bu şəhərin-gölün adı ilə bağlı ortaq fikir, yazı formalaşıb.Yer adlarını təhrif etmək hər iki tərəfi bir-birindən uzaqlaşdırmağa yönəlik cəhddir.İranın uzun illər boyu apardığı siyasətdən biri Güney və Quzey Azərbaycanı bir-birindən uzaqlaşdırmaqdır.Onun həm mədəniyyətini, həm dilini, həm tarixini təhrif edirlər, həm də yer adlarını dəyişdirilər. Həm Güneydə, həm də Quzeydə oxşar yer adları var. Güney Azərbaycandakı yer adlarını tərcümə etməklə farslaşdırırlar. İstəyirlər ki, həmin yer adının oxşarına Quzeydə rast gəlinməsin.Çünki bu halda bir sıra məsələlər aydınlaşır”.

Yeganə Oqtayqızı
Cebhe.info
09:33
Digər xəbərlər