“Saxta islahatçı” Həsən Ruhani hakmiyyətində hər gün bir nəfər asılb

 

Son vaxtlar İran mollakratiya rejimində edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İfrat fars şovinizmi və mollakratiya siyasətini yürüdən Tehran rejimi ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.Bu edamlarin 70% Güney Azərbaycanın Ərdəbil vilayəti, Tehran vialyəti və Qəzvində həyata keçirilib.

Tehran rejiminin rəsmilərinin bildirdiyinə görə, hazırda ölkə zindanlarında saxlanılan və müxtəlif ittihamlara görə ölümə məhkum edilən ən azı 5 min məhbus, edam növbəsini gözləyir. Ən çox insan edamlar “pambıqla baş kəsmək” siyasətini yürüdən, dünyada özünü  “islahatçı lider” kimi uydurma təbliğatlarla tanıtmış Həsən Ruhaninin iqtidarı dönəmində baş vermişdir. Son prezident seçkiləri ərəfəsində 3 nəfər vətəndaş ictimai yerlərdə hamının gözü qarşısında edam olunmuşdur.
BMT-nin İnsan Haqları Departamenin Hesabatında da yer alan rəsmi sənədlərdən bəlli olmuşdur ki, 2016-cı ildə əil ərzində İran mollakratiya rejiminin qəddarcasına apardığı siyasətin sonucu olaraq 1000 nəfər insan edam edilmişdir. Özünü ruhani xadim və ayətullah adlandıran Həsən Ruhaninin gerçək simasının mənası elə bundan ibarətdir. BMT Baş Katibinin İran mollakratiya rejimi üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid də təsdiq edir ki, istər İrandakı insan haqları təşkilatlarının, istərsə də uluslararası insan haqları quruluşlarının ən ciddi mənbələr əsasında hazırladıqları hesabatlardan da aydın görünür ki, 2015-ci ildə bu ölkədə 966 nəfər edam olunub. 2016-cı ilin ilk 6 ayı ərzində 1500 nəfər edam edilib. Edam olunanların əksəriyyəti qeyri fars mənşəli xalqlara məxsusdur. Onların arasında isə siyahıda Güney Azərbaycan Türkləri ilk sırada yer alır.  
2015-ci ildə İran mollakratiya rejimi 6 nəfər yazıçı, musiqiçi və incəsənət xadimini, 23 nəfər jurnalisti, 23 nəfər isə bloggeri və sosial şəbəkələrdəki fəalları edam etmişdir. Bununla yanaşı, qeyri fars millətlərə məxsus olan milli fəallardan 200 nəfər tutuqlanaraq həbsxanalarda onlara işgəncələr verilmişdir. Onların arasında ən çoxu Güney Azərbaycan Milli Hərəkatının fəallardırlar. Beləliklə də bəlli olur ki, İran mollakratiya rejiminin insan haqları məsələsində təzyiqləri iki dəfədən çox artmışdır.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu” 

 

10:57