Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
1989-1991-ci illərdə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsində ; 1991-ci ildən isə Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdir olmuşdur. 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı ;
2003 –2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı ;
2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ;
2015–2018-ci illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini ;
15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının ( YAP ) İdarə Heyətinin üzvüdür.
Eldar Əzizov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.
"Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.
Həyat bioqrafiyası göstərir ki , Eldar Əzizov savadlı və təcrübəli dövlət məmurudur
Eldar Əzizov eyni zamanda qayğıkeş və ədaləti idarəetmə adamıdır.
Respublikamızın şəhər təsərüfatında böyük əməyi vardır.
Eldar müəllimə möhkəm Can sağlığı , uzun ömür ; fəaliyyətində uğurlar arzulayırıq ...
SAVADLI VƏ TƏCRÜBƏLİ İDARƏETMƏ ADAMI ...

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu
16:10