Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Çexiya Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı Ermənistana ekstradisiya edəcəklər.

Bu barədə Ermənistanın Baş Prokurorunun müşaviri Qor Abramyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarqsyanın ölkəsinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

“Bununla əlaqədar Ermənistanın Baş Prokurorluğu polisə Narek Sarqsyanın ekstradisiyasını təşkil etməyi tapşırıb”, — deyə Abramyan bildirib.

Xatırladaq ki, Narek Sarqsyan qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə axtarışa verilib. /Oxu.az/

21:11