Sarkozi seçkini uduzdu və siyasətdən getdi

Fransada  sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilәr keçirildi. Mәlumata görә, sabiq prezident Nikolya Sarkozi ilkin seçkilərdə məğlub oldu. Seçkilərin ilkin nəticələrinə əsasən, Fransua Fiyon  42,8%, Alain Jüpe – 26 %, N.Sarkozi isə 24,4 % səs topladı. Әldә olunan mәlumata görә, N.Sarkozi artıq məğlubiyyətini etiraf edib  vә seçkilərin ikinci turunda Fransua Fiyonun namizədliyini dəstəkləyəcəyini bəyan edib.

Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq. Fransada 2017-ci ildə aprel ayında keçiriləcək prezident seçkilərinə sağın namizədinin müəyyən edilməsi üçün keçirilən ön seçkilərdə iki sürpriz birdən yaşanıb. İddialı namizədlərdən olan sabiq prezident N.Sarkozi 24,4 faiz səs yığaraq uduzdu və son həftələrdə səslərini artıran F.Fillion 42,8 faiz səslə ipləri ələ aldı. Bütün anketlərdə qalib olan Alain Juppe 26 faiz səs alaraq ikinci olub və tur adlamağı çətinliklə təmin etdi.
Qeyd edək ki, F.Fillion seçki öncəsi sorğularda 4-cü sırada idi.

Xudaferin.eu

14:15