Sarkisyan: “Ayətullah Xamneiyə minnətdarlığımızı bildiririk”

İrəvanda İran və Ermənistan iş adamlarının iştirakı ilə  Ermənistan-İran biznes forumu zamanı çıxış edənlər “İran və Ermənistan regionun iki dost xalqlarının qarşılıqlı maraqları üçün bütün imkanlardan istifadə etməldir” ideyasını müdafiə ediblər. Erməni iş adamlarının İranla əlaqələrinin gücləndirilməsi məsələsi forumun əsas mövzusu kimi qəbul edilib. Ermənistan İran və Qara dəniz, Fars körfəzi, Şimal-Cənub dəhlizini birləşdirən dəmir yolu sahəsində əməkdaşlıq sahəsinə üstünlük verilməsi vacib strateji xətt kimi dəyərləndirilib.

İqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi kontekstində iki ölkə arasında bank münasibətlərin sadələşdirilməsinin əhəmiyyətini vurğulanıb. Ermənistan prezidenti Serj Sarkisyan İran Ermənistan dostluq əlaqələrinin 1992-ci ildən bu günə möhkəm təməl üzərində qurulduğunu deyərək, 25 ildən sonra da münasibətlərin inkaf etdiyindən şad olduğunu bildirib. Ermənistan İranın hər zaman göstərdiyi dostluq münasibətlərinə görə məmnun olduqlarını deyib. İran Ermənistan əlaqələrinin inkşaf etdirilməsində xüsusi rolu olan İranın dini rəhbəri Ayətullah Xameneiyə erməni xalqı adından minnətdarlığını bildirən erməni prezident münasibətlərin daha da uğurlu davam etməsi üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib. İran və Ermənistan arasında münasibətlərin dərinləşməsinə yönəlmiş sənədlər imzalanaraq birgə bəyanat yayılıb.

Xudaferin.eu

15:22