Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qırğızıstana keçib
Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik rotasiya qaydasında Çindən Qırğızıstana keçib.
Xudaferin.eu xəbər verir ki, Qırğızıstan iyunun 9-10-da ŞƏT-in Çindao şəhərində keçirilən 18-ci zirvə görüşündən sonra təşkilata bir il müddətinə sədrlik edəcək. ŞƏT-in növbəti zirvə görüşü də 2019-cu ildə Qırğızıstanda keçiriləcək.
Qeyd edək ki, 2001-ci ildə yaradılan təşkilata hazırda 8 dövlət – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacıkistan, Özbəkistan, Pakistan və Hindistan üzvdür.
Azərbaycan təşkilatda dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunur.

Xudaferin.eu
13:33
Digər xəbərlər