Samuxda elektrik yarımstansiyasında partlayış, yaralılar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

Xudaferin.eu Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. 

Onlardan birinin adı məlum olub. 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xudaferin.eu

15:24